Keçmiş KVN ulduzu ölüm ayağındadır
    • 17-10-2023, 11:17
    • 331

Keçmiş KVN ulduzu ölüm ayağındadır

Keçmiş KVN iştirakçısı və şoumen Sergey Sivoxo xəstəxanada ağır vəziyyətdədir. 

News24.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İctimai Palatasının üzvü Anna Revyakina bildirib.

54 yaşlı KVN ulduzunun vəziyyəti ilə bağlı ziddiyyətli məlumatlar var. Bildirilib ki, Sivoxo ölüb, digər mənbələrə görə o, hələ də sağdır, lakin vəziyyəti son dərəcə ağırdır.

Telegram kanalında Revyakina qeyd edib ki, Sivoxoda sepsis səbəbindən çoxlu orqan çatışmazlığı yaranıb. "Vəziyyətin ümidsizliyi səbəbindən o, çox güman ki, həyat dəstəyi sistemindən ayrılacaq", -  Revyakina yazıb və həkimlərin şoumenin qohumlarına onunla vidalaşmağı tövsiyə etdiyini söyləyib.

Sergey Sivoxo Donetskdəndir, KVN-də Donetsk Politexnik İnstitutunun komandasında oynayıb, daha sonra "Arzu komandası", "MDB komandası" və "20-ci əsrin komandası"nın üzvü olub. Son illərdə o, Ukraynada siyasətlə də fəal məşğul olub, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müşaviri vəzifəsində çalışıb.

Ukrayna mətbuatının yazdığına görə, Sivoxo son vaxtlar ağır xəstəlikdən əziyyət çəkirmiş.