Əməkdar artistin vəziyyəti ağırdır -
    • 23-09-2019, 12:51
    • 1 016

Əməkdar artistin vəziyyəti ağırdır - "ÖLÜR..."

Rusiyanın Əməkdar artisti, məşhur aktrisa Anastasiya Zavorotnyukun vəziyyəti ağırlaşıb.

News24.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı ulduz ikinci dəfə əməliyyat keçirib. Cərrahi müdaxilədən sonra  Zavorotnyukun səhhətinin yaxşılaşmasına ümid yaranıb. Bu barədə jurnalist Sergey Mayorov söyləyib.

Amma sənətçi ilə eyni xəstəxanada müalicə olunan xəstələrdən biri isə bunun tam əksini söyləyib.  O, Zavorotnyuk vəziyyətinin ağır olduğunu deyib. Onun sözlərinə görə, Zavorotnyuku "aparat"dan ayırıblar və dərman müalicəsi dayandırılıb.

Jurnalistlərin suallarını cavablandıran şəxs vurğulayıb ki, Anastasiya ölür.

Qeyd edək ki, Əməkdar artist "Mənim möhtəşəm dayəm" serialından sonra məşhurluq qazanıb.

Sevda Bayramova