Məhkəmə prezidentin impiçmentini təmin edib
    • 16-10-2023, 15:21
    • 206

Məhkəmə prezidentin impiçmentini təmin edib

Gürcüstanın Konstitusiya Məhkəməsi ölkə prezidenti Salome Zurabişvilinin impiçmenti ilə bağlı müraciəti təmin edib.

 News24.az gürcü mediasına istinadla xəbər verir ki, bu barədə məhkəmənin sədri məlumat yayıb.

Hakim bundan əvvəl “Gürcü arzusu” partiyası prezident Salome Zurabişvilinin hökumətin razılığı olmadan xarici ölkələrə silsilə səfərlərə başlamaqla Gürcüstan Konstitusiyasını kobud şəkildə pozduğunu bəyan edib.

Sentyabrın 22-də ölkənin Konstitusiya Məhkəməsinə Gürcüstan parlamentinin 80 deputatının prezidentin impiçmenti barədə ərizə daxil olub.

Gürcüstan prezidentinə qarşı impiçment elan etmək üçün 100 parlament üzvünün razılığı lazımdır. 150 üzvdən ibarət Gürcüstan parlamentində 140 fəal deputat var. Parlament çoxluğuna 84 deputat, parlament müxalifətinə isə 56 deputat daxildir. 

Müxalifət iqtidarın impiçment üçün səs toplamaq üçün deputatlara “rüşvət” verə biləcəyini istisna etmir.

Ayşən