Vaqif Xaçaturyan ittihamlardan yayınmağa CƏHD ETDİ
    • 17-10-2023, 11:46
    • 490

Vaqif Xaçaturyan ittihamlardan yayınmağa CƏHD ETDİ

Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən erməni əsilli Vaqif Xaçaturyan məhkəmədə ittihamlardan yayınmağa cəhd edib.

News24.az-ın məlumatına görə, Vaqif Xaçaturyan sərbəst ifadəsində ittihamları qəbul etməyib. O bildirib ki, Meşəli sakini azərbaycanlıların hamısı ona yaxın adam olub: 

"Mən nə döyüşlərdə nə də hər hansı bir əməliyyatlarla iştirak etməmişəm. Yazılanların heç biri mənə aid deyil. Mən Xocalıda Badara kəndində yaşamışam, sürücü kimi işləmişəm. 1988-1992- ci illərlı keçirilən heç bir əməliyyatda mən olmamışam".

Daha sonra təqsirləndirilən şəxs prokurorun suallarını cavablandırıb.

Samir Əli