HƏMAS-ın yüksək rütbəli daha bir komandiri ÖLDÜRÜLDÜ
    • 17-10-2023, 17:54
    • 189

HƏMAS-ın yüksək rütbəli daha bir komandiri ÖLDÜRÜLDÜ

İsrailin hava hücumu nəticəsində HƏMAS-ın yüksək rütbəli komandiri Ayman Nofəl Əbu Əhməd öldürülüb.

News24.az xəbər verir ki, İzzəddin əl-Qəssam Briqadalarının ali hərbi şurasının üzvü olan Nofəl Qəzza bölgəsinin mərkəzi silahlı qanadına cavabdeh idi.

Xatırladaq ki, daha əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) radikal Fələstinin HƏMAS qruplaşmasının daha bir yüksək rütbəli komandirini məhv edib. 

Həmçinin qeyd edilir ki, hava hücumu zamanı HƏMAS və İslami Cihadın digər silahlıları da öldürülüb. 

Qumral