Bayden İsrail-HƏMAS müharibəsinə görə səfərini TƏXİRƏ SALIR
    • 16-10-2023, 17:22
    • 203

Bayden İsrail-HƏMAS müharibəsinə görə səfərini TƏXİRƏ SALIR

ABŞ Prezidenti Co Bayden paytaxtda qalmaq və İsrail və Qəzzada baş verən humanitar böhranla bağlı yüksək səviyyəli görüşlərə diqqət yetirmək üçün Kolorado səfərini yenidən planlaşdırıb.

News24.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” yazıb.

Bildirilir ki, Bayden yaxın günlərdə İsrailə səfər etməyi düşünür, lakin hələlik heç nə təsdiqlənməyib.

Nəşr yazır ki, o, İsrailə səfərini diqqətlə hesablamalıdır: “Baydenin İsrailə səfəri İran tərəfindən təxribat xarakterli addım kimi və ya mühasirəyə alınmış Qəzzada mülki itkilərin artması səbəbindən ərəb xalqları tərəfindən “lal-kar” kimi qiymətləndirilə bilər”.

Akqabay