Keçmiş rəis vəfat ETDİ
    • 17-10-2023, 21:08
    • 513

Keçmiş rəis vəfat ETDİ

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) keçmiş əməkdaşı, uzun illər dəniz nəqliyyatı sahəsində çalışmış Arif Məmmədov vəfat edib.

News24.az xəbər verir ki, bu barədə ASCO-dan bildirilib. 

Məlumata görə, o 72 yaşında dünyasını dəyişib.

A.Məmmədov 1952-ci ildə Naxçıvan MR-nın Babək rayonunda anadan olub, 1985-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu "Neft və qazın kimyəvi emalı texnologiyası/kimyaçı-texnoloq” ixtisası, 2000-ci ildə isə Azərbaycan Dövlət Dəniz Akademiyasını "Gəmi sürücülüyü” ixtisası üzrə bitirib.

O, əmək fəaliyyətinə 1972-ci ildə "Sahil" Kəşfiyyat Qazma İdarəsində çilingər kimi başlayıb, daha sonra müxtəlif idarə və təşkilatlarda çalışıb, 1996-2000-ci illərdə ASCO-nun Xəzər Dəniz Neft Donanmasının rəisi, 2016-2020-ci illərdə isə "ACSC Logistics" MMC-nin direktor müavini olub.