-
- 18-10-2023, 09:41
- 278
Müsəlman dövlətləri təcili toplanır: Azərbaycanlı nazir də getdi - RTV VİDEO
18 oktyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələr ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçiriləcək növbədənkənar iclasında iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərinə səfərə yola düşüb.
Xarici İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.