Dəhşətli rəqəmlər - Rusiyanın itkiləri 300 minə çatır
    • 18-10-2023, 09:57
    • 209

Dəhşətli rəqəmlər - Rusiyanın itkiləri 300 minə çatır

Ukrayna müharibənin 602-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 290 050 hərbçi, 4981 ədəd tank, 9420 ədəd zirehli döyüş maşını, 6944 ədəd artilleriya sistemi, 814 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 547 hava hücumundan müdafiə sistemi, 319 ədəd hərbi təyyarə, 323 ədəd helikopter, 9303 ədəd avtomobil texnikası, 5301 ədəd PUA, 1534 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 982 xüsusi avadanlıq itirib.