-
- 18-10-2023, 10:32
- 345
Sənin atanla çörək kəsmişəm - Vaqif Xaçaturyan zərərçəkmişi tanıdı
"O vaxt 20 yaşım var idi. Meşəliyə hücum edənlər Vaqifin dəstəsi idi".
News24.az xəbər verir ki, bunu Yasamal rayon məhkəməsində Xocalının Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən erməni Vaqif Xaçaturyanın cinayət işi üzrə növbəti məhkəmə prosesində zərərçəkmiş Bayram Hacıyev deyib.
O bildirib ki, Vaqifin özünü şəxsən tanımır: "Vaqifin özünü görməmişəm. Mürşüd kişi var idi, onun nəvəsini yandırıb külünü çaya tökmüşdülər".
Vaqif Xaçaturyan bildirib ki, Bayram Hacıyevin atası ilə yaxşı münasibəti olub:
"Sənin dədən mənimlə çox yaxşı olub. Atanın adı Həsəndir. Sən Həsənin oğlusan. Mən orda olmamışam. Atanla çörək kəsmişəm".
Zərərçəkmiş bildirib ki, atasının çörəyini yediyi üçün ailəsinə qənim kəsilib: "Atamla çörək kəsdiyin üçün ailəmizi qırdın? İndi burda özünü yazıq kimi aparırsan".
Samir Əli