"Xaçaturyana güllələnmə də azdır" - Zərərçəkmiş
    • 18-10-2023, 10:25
    • 270

"Xaçaturyana güllələnmə də azdır" - Zərərçəkmiş

Meşəli hadisələrində əhaliyə kömək edən atamı Vaqif Xaçaturyanın dəstəsi güllələyib. 

News24.az-ın məlumatına görə, bunu Xocalının Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən erməni Vaqif Xaçaturyanın cinayət işi üzrə məhkəmədə ifadə verən zərərçəkmiş Bəsti Behbudova deyib. 

Onun sözlərinə görə, atası Meşəli hadisələrində yaralanıb:

"Atam güllə yarasından sona qədər əziyyət çəkib. Müalicələrə baxmayaraq sonradan vəfat etdi. O vəhşiliklərə görə, Vaqif edam olunmalıdır. Körpələri, uşaqları gülləbaran ediblər. Onlardan biri də Vaqif olub. Xaçaturyana güllələnmə də azdır ona".

Samir Əli