Türkiyə mətbuatı Şəbnəm Tovuzludan yazdı - FOTO

Türkiyə mətbuatı Şəbnəm Tovuzludan yazdı - FOTO
ŞOU-BİZNES

26-03-2019, 15:45

Mətn ölçüsü

Son günlər gündəmdən düşməyən tanınmış müğənni artıq xarici mətbuatın da diqqətini çəkib.

News24.az xəbər verir ki, "Azərbaycanın Sibel Canı" adlandırılan Şəbnəmə təriflər yağdırılıb.

"Ötən il çıxardığı "Xəstəyəm" adlı mahnı ilə diqqət çəkən azərbaycanlı sənətçi Şəbnəm Tovuzlu yeni mahnısı "Unutmadınmı?" ilə gündəmdədir.

Klipi ilə ölkəsində rekord qıran Tovuzlu xarici görünüşü və səsiylə "Azərbaycanın Sibel Canı"  olaraq tanınır. Türkiyənin sənətçilərini yaxından izlədiyini deyən Şəbnəm bildirib ki, ən çox sevdiyi müğənni səsi və səhnədəki davranışı ilə Sibel Candır.

O Türkiyədə də mahnılarının sevilməsini istəyir" - deyə, qardaş ölkə mətbuatı yazıb.

Qeyd edək ki, Tovuzlunun "Unutmadınmı?" klipi 1 aya 6 milyon izlənib.