"Sadəcə xəstəxananın qarajını BOMBALADIQ
    • 18-10-2023, 12:19
    • 241

"Sadəcə xəstəxananın qarajını BOMBALADIQ" - İsrail Ordusu

İsrail Ordusunun sözçüsü polkovnik-leytenant Riçard Hecht Qəzzada 500-dən çox günahsız insanın ölümünə səbəb olan bombalı hücumla bağlı açıqlama verib.

News24.az xəbər verir ki, bu barədə “Sondakika.com” məlumat yayıb.

O bildirib ki, xəstəxananın qarajı bombalanıb, ancaq xəstəxanaya birbaşa zərbə endirilməyib.

Qan donduran qırğından sonra Fələstin Dövlət Başçısı Abbas İsrailin Qəzzaya hücumunu şərh edib.

"İsrail rəhbərliyi bütün qırmızı xətləri keçib. İsrail tökdüyü qana görə məsuliyyət daşımalı və cəzalandırılmalıdır. Xalqımız boyun əyməyəcək və təslim olmayacaq" - deyə, o fikirlərini sonlandırıb.

Ülkər Abdurahmanlı