Hava limanında BOMBA TƏHLÜKƏSİ – UÇUŞLAR DAYANDIRILDI
    • 18-10-2023, 17:30
    • 130

Hava limanında BOMBA TƏHLÜKƏSİ – UÇUŞLAR DAYANDIRILDI

Fransada 6 hava limanının bomba və hücum təhlükəsi səbəbindən boşaldığı bildirilib.

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

Fransa Mülki Aviasiya Baş Müdirliyi hava limanlarından heç bir təyyarənin qalxmadığını və növbəti xəbərdarlığa qədər uçuşların dayandırıldığını açıqlayıb.

Bu səhər polis səlahiyyətliləri hava limanları üçün elektron poçt vasitəsilə bomba və hücum bildirişləri alıb.

Xəbərdarlıqların ardından təhlükəsizlik qrupları tərəfindən hava limanlarında bomba axtarışları aparılır.

Ülkər Abdurahmanlı