Netanyahudan son dəqiqə açıqlaması:
    • 18-10-2023, 17:40
    • 164

Netanyahudan son dəqiqə açıqlaması: "çətin və uzunmüddətli olacaq"

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsi ilə Qəzza zolağında HƏMAS hərəkatı arasında münaqişənin çətin və uzunmüddətli olacağını deyib. 

News24.az “TASS”a istinadla xəbər verir ki, o, İsrailə səfərə gəlmiş ABŞ prezidenti Co Baydenlə görüşdən sonra müvafiq bəyanatla çıxış edib .

Amerika liderinə müraciət edən Netanyahu qeyd edib ki, İsrail hökuməti “birləşib və İsraili qələbəyə aparmağa qərarlıdır”. 

Onun sözlərinə görə, "bu, fərqli bir müharibə olacaq", çünki HƏMAS "fərqli bir düşməndir". 

Ayşən