-
- 11-10-2023, 18:05
- 526
Netanyahudan gözlənilməz ADDIM - İsraildə hökumət DƏYİŞİKLİYİ
İsrailin baş naziri Benyamin Netanyahu və “Milli Birlik” partiyasının lideri, keçmiş müdafiə naziri Benni Qantz HƏMAS ilə davam edən müharibə və şimal sərhədində hərbi əməliyyatlar fonunda “milli fövqəladə hökumət” yaratmaq barədə razılığa gəliblər.
News24.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Məlumata görə, Qantzın müxalif “Milli Birlik” partiyasının Qəzzada HƏMAS ilə müharibə zamanı fövqəladə hökumətə gətirilməsi üçün razılıq əldə olunub.
Qantzın tələb etdiyi kimi, HƏMAS-la müharibəni idarə etmək üçün kiçik bir müharibə kabineti yaradılacaq, bu kabinetə yalnız Netanyahu, müdafiə naziri Yoav Qallant və Qantz daxil olacaq. Kabinetə müharibənin idarə edilməsi üzrə əsas səlahiyyətlərin verilməsi nəzərdə tutulur.
Müharibə zamanı heç bir qanunvericilik və ya hökumət qətnamələrinin müharibənin idarə olunması ilə bağlı olmayan heç bir qanun layihəsi irəli sürülməyəcəyi razılaşdırılıb.
Xatırladaq ki, daha əvvəl İsrail hökuməti koalisiya partiyalarının liderləri baş nazir Benyamin Netanyahuya milli birlik hökuməti qurmağı tapşırıblar. Netanyahu müxalifət liderlərini Fələstinin HƏMAS radikal hərəkatı ilə silahlı münaqişə kontekstində ölkədə milli birlik hökuməti qurmağa dəvət edib.
Akqabay