"Qəzzada xəstəxanaya hücum hərbi cinayətdir" - Kolumbiya
    • 19-10-2023, 12:46
    • 188

"Qəzzada xəstəxanaya hücum hərbi cinayətdir" - Kolumbiya

Kolumbiya prezidenti Qustavo Petro Qəzza zolağında xəstəxanaya edilən hücumla bağlı X sosial şəbəkəsində paylaşım edib.

News24.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Paylaşımda deyilir:

“Qəzza zolağında tibb işçiləri, xəstələr, yaralılar və qaçqınlar daxil olmaqla 800-dən çox insanın ölümünə səbəb olan xəstəxanaya hücum beynəlxalq səviyyədə araşdırılmalı olan hərbi cinayətdir”.

“Zəncirin ən zəif halqası olan Fələstinli mülki şəxslərə hücumun heç bir etik və mənəvi əsası yoxdur” - deyə, Petro paylaşımını sonlandırıb.

Ülkər Abdurahmanlı