“Partlayıcı maddələrdən istifadə edəcəyik” – Nazirdən qalmaqallı sözlər
    • 18-10-2023, 10:42
    • 206

“Partlayıcı maddələrdən istifadə edəcəyik” – Nazirdən qalmaqallı sözlər

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir sosial media hesabında mübahisəli paylaşım edib.

News24.az xəbər verir ki, bu barədə "Haberglobal" məlumat yayıb.

Fələstinlilərə nifrəti ilə tanınan Ben-Qvir, Qəzza zolağında Əl-Əhli Baptist Xəstəxanasının bombalanmasından sonra sosial mediada reaksiyalara səbəb olan paylaşım edib.

Paylaşımda deyilir ki, HƏMAS əlindəki əsirləri buraxmadığı təqdirdə ora partlayıcı maddələrlə hücum etmək lazımdır. 

Ülkər Abdurahmanlı