Xorvatiya parlamenti rəsmi məzənnə kimi avroya keçid haqqında qanunu təsdiqlədi
    • 14-05-2022, 01:53
    • 378

Xorvatiya parlamenti rəsmi məzənnə kimi avroya keçid haqqında qanunu təsdiqlədi

Xorvatiya parlamenti avronun respublikada rəsmi məzənnə kimi dövriyyəyə buraxılması haqqında qanunu səs çoxluğu ilə təsdiqləyib.

News24.az xəbər verir ki, bu barədə ölkə parlamentinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, sözügedən qanunun lehinə 117 deputat, əleyhinə isə 13 deputat səs verib.

Qeyd edilir ki, avroya rəsmi keçid 2023-cü il yanvarın 1-nə planlaşdırılıb.