Müharibənin nə vaxt bitəcəyi bəlli oldu:
    • 19-10-2023, 11:12
    • 200

Müharibənin nə vaxt bitəcəyi bəlli oldu: "Çox vaxt aparacaq"

“İsrailə Fələstinin radikal HƏMAS hərəkatını məğlub etmək üçün bir neçə ay lazım ola bilər”.

News24.az “The Times of Israel”ə istinadla xəbər verir ki, bunu İsrailin keçmiş müdafiə naziri Benni Qantz bildirib.

Onun sözlərinə görə, Hizbullah qoşularsa, münaqişə uzana bilər.

“Bu çox vaxt aparacaq. Cənubda, lazım gələrsə, şimalda və ya başqa yerlərdə müharibə aylar çəkə bilər. Bərpası üçün isə uzun illər lazım olacaq”.

O qeyd edib ki, İsrailin məqsədi təkcə HƏMAS-ı məğlub etmək deyil. 

“Cənubun yüz faiz cənnətə çevrilməsini” təmin etmək lazımdır”, - deyə eks-nazir izah edib.

 O, əmin edib ki, bütün cəbhələrdə qələbədən sonra ölkə hakimiyyəti “özünü bu bərpaya həsr edəcək”.   

Bundan əvvəl Fələstinin Moskvadakı səfiri Əbdül Hafiz Nofəl bildirmişdi ki, HƏMAS və İsrail arasında davam edən qarşıdurma nəticəsində bütün region  eskalasiyaya doğru gedir.

Ötən gün BMT-nin baş katibi Antonio Quterreş   Yaxın Şərqdə dərhal atəşkəs əldə etməyə çağırıb. O vurğulayıb ki, "böyük insan iztirablarını azaltmaq üçün" döyüşlər humanitar səbəblərə görə dayandırılmalıdır.

Ayşən