Bakıda 15 yaşlı oğlanı CƏRƏYAN VURUB ÖLDÜRDÜ
    • 19-10-2023, 11:54
    • 265

Bakıda 15 yaşlı oğlanı CƏRƏYAN VURUB ÖLDÜRDÜ

Bakıda 15 yaşlı yeniyetməni elektrik cərəyanı vurub öldürüb. 

News24.az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Günəşli qəsəbəsi, A massivindəki həyət evlərindən birində baş verib. Əslən Biləsuvar rayonundan olan 2008-ci il təvəllüdlü Bayramov Tunar Rəşad oğlu yaşadığı evin həyətindəki hasarın üstündə olarkən müvazinətini itirib. Azyaşlı özünü itirərək hasarın yaxınlığından keçən yüksəkgərginliklli elektrik naqilindən yapışıb. Nəticədə T. Bayramovu cərəyan vurub öldürüb. 

Faktla bağlı araşdırma aparılır. 

Samir Əli