Ağdama qayıdışın tarixi AÇIQLANDI - RTV VİDEO
    • 19-10-2023, 12:54
    • 152

Ağdama qayıdışın tarixi AÇIQLANDI - RTV VİDEO

2025-ci ilin ortasından başlayaraq Ağdam şəhərində və onun ətraf kəndlərində məskunlaşma prosesi həyata keçirilə bilər.

News24.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda Ağdamda genişmiqyaslı tikinti işləri gedir və görüləcək işlərin miqyası çoxdur:

“Artıq Ağdamda 3 məhəllənin təməli qoyulub. İki məhəllədə işlərə başlanılıb. Yaxın zamanda daha 3 məhəllənin təməli qoyulacaq. Tikinti gələn ilin əvvəlində başlayacaq. 2025-ci ilin ortasından başlayaraq Ağdam və ətraf kəndlərdə məşkulaşma həyata keçirilə bilər”.

Qumral