"Məcburi köçkünlərimiz öz doğma torpaqlarına qayıdıb" - RƏSMİ AÇIQLAMA
    • 19-10-2023, 13:05
    • 434

"Məcburi köçkünlərimiz öz doğma torpaqlarına qayıdıb" - RƏSMİ AÇIQLAMA

"Prezidentin rəhbərliyi ilə "Böyük Qayıdış 1-ci Dövlət Proqramı" təsdiq olunub və bu proqrama uyğun olaraq artıq bir neçə yaşayış məntəqəsində keçmiş məcburi köçkün soydaşlarımız öz doğma torpaqlarına qayıdıb məskunlaşıblar”.

News24.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib.

Emin Hüseynov əlavə edib ki, proses davam edir: 

“2026-cı ilə qədər ümumilikdə 34 500 ailənin, 140 min nəfərə yaxın əhalinin işğaldan azad edilən ərazilərdə məskunlaşması nəzərdə tutulur”.

Qumral