Kritik gəlişmə: mövqelər ƏLƏ KEÇİRİLDİ
    • 19-10-2023, 13:20
    • 174

Kritik gəlişmə: mövqelər ƏLƏ KEÇİRİLDİ

Ukraynanın iki dəniz briqadasının bölmələri Dnepr çayını keçərək Xerson vilayətinin sol sahilinə çıxıblar.

News24.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Geolokasiya kadrları göstərir ki, ukraynalı hərbçilər Pişçanivkadan şimala və Pomaya qədər irəliləyiblər.

Ukraynanın iki hücum qrupu Dnepr çayının şərq sahilinə enərək Rusiya qüvvələrinin müdafiəsini yararaq, Poymanı və Pişçanivkanın şimalındakı mövqeləri ələ keçiriblər. Hazırda ruslar yalnız Pişçanivkanın cənub hissəsini nəzarətdə saxlayırlar.

ISW-nin məlumatına görə, Rusiya hərbçiləri arasında bu əməliyyatın daha böyük planın bir hissəsi ola biləcəyi ilə bağlı narahatlıq artır. Rus hərbçilərin fikrincə, Ukrayna ordusu daha böyük hücum üçün manevr meydanını genişləndirmək istəyir.

Rusiya mənbələri Ukrayna hərbçilərin hərəkətlərini bundan əvvəlki taktiki reydlərindən daha böyük olduğunu müzakirə edirlər.

Ayşən