Azərbaycan ordusunun polkovniki Türkiyəyə TƏYİNAT ALDI
    • 19-10-2023, 13:38
    • 165

Azərbaycan ordusunun polkovniki Türkiyəyə TƏYİNAT ALDI

“Türkiyə Cümhuriyyətinin 100 illiyi” və “Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illiyi” münasibətilə 2023-cü il üçün iki xüsusi təlim nəzərdə tutulub.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu çərçivədə birincisi Türkiyədə 19 aprel-10 may tarixlərində keçirilib, ikincisi isə 16-25 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək.

Kadr mübadiləsi çərçivəsində Azərbaycan Milli Müdafiə Universitetinin prorektoru, polkovnik Rəşad Tahirov Türkiyənin Milli Müdafiə Universitetində, həmin universitetin prorektoru, professor doktor Tələt Canbolat isə bir il müddətinə Azərbaycan Milli Müdafiə Universitetinə təyinat alıblar.