İsraildə ölən rusların sayı ARTDI
    • 19-10-2023, 15:19
    • 162

İsraildə ölən rusların sayı ARTDI

İsraildə ölən rusların sayı 19-a çatıb.

News24.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. Məlumata görə, Rusiyanın İsraildəki səfirliyi yeddi rusiyalının itkin düşdüyünü bildirib.

Bölgədə vəziyyətin gərginləşməsindən bəri İsrail ərazisində ölən Rusiya vətəndaşlarının sayı 19-a yüksəlib, 7 vətəndaş isə itkin düşənlər siyahısındadır. 

Bu barədə Rusiyanın İsraildəki səfirliyinin mətbuat katibi Marina Ryazanova məlumat verib.

Qeyd edək ki, daha əvvəl 16 rusiyalının öldüyü, 9 nəfərin isə itkin düşdüyü bildirilirdi.

Ülkər Abdurahmanlı