-
- 10-10-2023, 20:57
- 361
HƏMAS-ın hücumu nəticəsində dörd Rusiya vətəndaşı HƏLAK OLDU
HƏMAS-ın hücumu nəticəsində İsraildə dörd Rusiya vətəndaşı həlak olub.
News24.az xəbər verir ki, bu barədə Rusiyanın Təl-Əvivdəki səfirliyi məlumat yayıb.
Bildirilir ki, oktyabrın 10-da saat 17-yə olan məlumata görə, həm Rusiya, həm də İsrail vətəndaşlığı olan dörd nəfərin həlak olduğu təsdiqlənib. Bundan əlavə, altı Rusiya vətəndaşı itkin düşmüş sayılır.