Yağıntılı hava bu tarixədək davam edəcək
    • 20-10-2023, 09:48
    • 213

Yağıntılı hava bu tarixədək davam edəcək

Bəzi rayonlarda müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 20-si səhərdən tədricən kəsiləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, ölkə ərazisində bu gün gündüz və oktyabrın 21-22-də hava şəraiti mülayim, sabit keçəcək.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.