Qazaxda avtoyuma məntəqəsində bədbəxt hadisə
    • 27-06-2022, 22:48
    • 487

Qazaxda avtoyuma məntəqəsində bədbəxt hadisə

Qazaxda 29 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə rayonun Canalı kəndində qeydə alınıb. 1993-cü il təvəllüdlü Əlizadə Mehdini avtoyuma məntəqəsində elektrik cərəyanı vurub. 29 yaşlı gənc xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo/