Gerasimovun Putinə verdiyi gizli hesabatda nə var? - VİDEO
    • 20-10-2023, 13:10
    • 134

Gerasimovun Putinə verdiyi gizli hesabatda nə var? - VİDEO

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Vladimir Putinə məruzə edib ki, Rusiya Silahlı Qüvvələri əvvəlcədən müəyyən edilmiş plana uyğun olaraq xüsusi əməliyyatla bağlı problemləri həll edir.

News24.az bu barədə “Rossiya 24” telekanalına istinadla xəbər verir.

“Cənab Ali Baş Komandan, birləşmiş qoşunlar qrupu əməliyyat planına uyğun olaraq qarşıya qoyulmuş vəzifələri həll edir”, - Gerasimov Putini Rostov-na-Dondakı qərargahına gələrkən salamlayıb.

Baş Qərargah rəisi prezidentə bağlı qapılar arxasında məzmunu açıqlanmayan hesabat da təqdim edib. Ayrılarkən Putin Gerasimovdan “komandirləri salamlamağı” tapşırıb. “Əlbəttə”, - deyə Gerasimov əmin edib.

Əlavə edək ki, Rusiya Prezidenti Permdən qayıdarkən Rusiya Silahlı Qüvvələrinin Rostov-na-Don şəhərindəki qərargahında olub. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putin Gerasimovla yanaşı, Müdafiə Nazirliyinin yüksək rəhbərliyinin digər nümayəndələri ilə də söhbət edib.

Akqabay