Gürcüstan azərbaycanlıları Moskvada ibadət mərkəzi açıblar
    • 27-03-2019, 11:46
    • 851

Gürcüstan azərbaycanlıları Moskvada ibadət mərkəzi açıblar

Rusiyada fəaliyyət göstərən və Gürcüstan azərbaycanlılarından ibarət dini icma Moskvada Hüseyniyyə açıb.

News24.az
“Report”-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) məlumat yayıb.
Rəsmi icazə ilə açılmış və 150 nəfər üçün nəzərdə tutulmuş Hüseyniyyədə ibadət və dini mərasimlərin keçirilməsi üçün hər bir şərait yaradılıb.
Dini icma Gürcüstandan olan 100 nəfərə yaxın azərbaycanlının ianələri ilə maliyyələşir. Hüseyniyyədə məscid, yeməkxana və kitabxana da fəaliyyət göstərir.
GMİ rəhbərliyi Moskvada bu dini məkanın açılışında yardımı və zəhməti keçən hər bir kəsə təşəkkürünü bildirib.