FIFA Neymara təzminat ÖDƏYƏCƏK
    • 20-10-2023, 17:31
    • 191

FIFA Neymara təzminat ÖDƏYƏCƏK

Braziliya Milli Komandasında zədələndikdən sonra mövsümün sonuna qədər meydanlardan uzaq qalacağı gözlənilən Neymar üçün FIFA təzminat ödəyəcək. 

News24.az xəbər verir ki, bu barədə “NTV HABER” məlumat yayıb.

Uruqvayla matçda zədələnən Braziliya millisinin ulduzu Neymar əməliyyat olunacaq. 

Ulduz futbolçunun mövsümün sonuna qədər meydanlardan uzaq qalması gözlənildiyi halda, futbolçu beynəlxalq yarışda zədələndiyi üçün FİFA komandası “Əl Hilal”a təzminat ödəyəcək. FİFA-nın ödəyəcəyi maksimum təzminat məbləği 7,5 milyon avrodur.

Ülkər Abdurahmanlı