DTX tərəfindən saxlanılan Nəzakət Məmmədovadan - XƏBƏR VAR
Hadisə
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan, özünü politoloq kimi təqdim edən Nəzakət Məmmədova məhkəmə qarşısına çıxarılıb.
News24.az-ın məlumatına görə, Səbail rayon məhkəməsində N. Məmmədova barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanının verdiyi təqdimata baxılıb. Məhkəmə təqdimatı təmin edib və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, N.Məmmədova Rusiyaya casusluq etməkdə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsilə cinayət işi başlanıb.
Samir Əli