Bakıda gənc oğlan yol qəzasında xəsarət alıb
    • 21-10-2023, 08:06
    • 227

Bakıda gənc oğlan yol qəzasında xəsarət alıb

Bakının Sabunçu rayonunda 21 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

News24.az “Report”a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2002-ci il təvəllüdlü Mikayılov Mikayıl Eynulla oğlu yaralanıb.

O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır .