Sürücü sükan arxasında öldü
    • 21-10-2023, 10:08
    • 1 703

Sürücü sükan arxasında öldü

Cəlilabad rayon sakini sükan arxasında qəfildən vəfat edib.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən axşam 42 yaşlı Coşqun Babayev idarə etdiyi “Mercedes” markalı avtomobillə Masallı rayonunda hərəkətdə olarkən ölüb.

C. Babayevin ürəktutması nəticəsində vəfat etdiyi bildirilir.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.