İlham Əliyev Tahirə Cəfərovanı “Əməkdar müəllim” fəxri adı ilə təltif etdi
    • 27-03-2019, 12:33
    • 893

İlham Əliyev Tahirə Cəfərovanı “Əməkdar müəllim” fəxri adı ilə təltif etdi

Prezident İlham Əliyev “Əməkdar müəllim” fəxri adının verilməsi haqqda sərəncam imzalayıb.

News24.az xəbər verir ki, sərəncama əsasən Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi münasibətilə və musiqi təhsilinin inkişafında xidmətlərinə görə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin müəllimi Tahirə Ənvər qızı Cəfərovaya “Əməkdar müəllim” fəxri adı verilib.