Bakıda evdən 10 min manatlıq oğurluq EDİLDİ
    • 21-10-2023, 11:55
    • 155

Bakıda evdən 10 min manatlıq oğurluq EDİLDİ

Bakıda evdən oğurluq edilib.

DİN-dən News24.az-a verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən seyfdən 5000 manat pul, 5800 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş İ.Nuruyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.