Abşeronda evdən 22 min manatlıq oğurluq oldu
    • 18-01-2021, 13:32
    • 474

Abşeronda evdən 22 min manatlıq oğurluq oldu

Abşeronda evdən 22 min manatlıq oğurluq edilib. 

\Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən ümumilikdə 8 515 manat pul, 12 655 manat dəyərində qızıl-zinət əşyaları və 500 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Saray qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Qəmbərov saxlanılıb.

Araşdırma aparılır.