Britaniyada Qəzzaya görə terror aktı TÖRƏDİLDİ
    • 21-10-2023, 13:20
    • 127

Britaniyada Qəzzaya görə terror aktı TÖRƏDİLDİ

Qəzzanın qisasını almaq istədiyini iddia edən və sığınacaq axtaran şəxs tərəfindən Böyük Britaniyada terror aktı törədilib.

News24.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Daily Telegraph” qəzeti yazıb.

Nəşr iddia edir ki, təhlükəsizlik səbəbilə hücumun təfərrüatları ictimaiyyətdən gizli saxlanılır.

Məlumata görə, teraktı törədən şəxs həbs edilib və polisə bunu “Fələstin üçün” etdiyini deyib.

Mühafizəkarlar Partiyasının keçmiş lideri İain Duncan Smith bildirib ki, ictimaiyyət təhdidlər barədə məlumat almaq hüququna malikdir.

“Məncə, ictimaiyyətin nəyinsə baş verdiyini bilməyə haqqı var. Əgər reaksiyadan narahatdırlarsa, insanlar küçələrinin təhlükəsiz olub-olmadığını bilməlidirlər”, - o, qəzetə danışıb.

Akqabay