İranda terror aktı: 15 nəfər ölüb, 40-a yaxın şəxs yaralanıb
    • 26-10-2022, 21:30
    • 285

İranda terror aktı: 15 nəfər ölüb, 40-a yaxın şəxs yaralanıb

İranın Fars əyalətinin Şiraz şəhərində terror aktı nəticəsində 15 nəfər ölüb, 40-a yaxın şəxs yaralanıb. 

News24.az "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurası məlumat yayıb. 

Bildirilib ki, ölənlərdən biri qadın və üçü isə uşaqdır.

Hücumun axşam namazına hazırlaşan insanları hədəf aldığı vurğulanıb. Belə ki, bir terrorçu ziyarətgaha giriş qapısından daxil olduqdan sonra ibadət edənlərə atəş açmağa başlayıb. Silahlı şəxsin İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı bildirilib.