-
- 21-10-2023, 22:15
- 387
İkardi İstanbul derbisində komandasına qələbə QAZANDIRDI
Azarkeşlər Türkiyə Superliqasının IX turunda derbi həyəcanı yaşayıblar.
News24.az xəbər verir ki, bu turda “Qalatasaray” doğma meydanda "Beşiktaşı qəbul edib.
İstanbul derbisinin qalibi “Sarı-qırmızılılar” olub. Gərgin keçən qarşılaşmada "Beşiktaş azlıqda qalıb.
Qapıçı Mərt Günok kobudluğa görə meydandan qovulub. 26 və 82-ci dəqiqələrdə Mauro İkardinin vurduğu qollara qonaqlardan Aleks-Oksleyd Çamberlayn 69-cu dəqiqədə cavab verib. Matç 2:1 hesabı ilə meydan sahiblərinin qələbədsi ilə bitib.
Bu nəticə ilə Okan Burukun yetirmələri 25 xalla liderliyə yüksəlib. 4-cü pillədəki “Beşiktaş” isə 16 xalda qalıb.