Roma papasından əlindəki üzüyü öpmək istəyənlərə KOBUD HƏRƏKƏT – VİDEO
    • 27-03-2019, 15:41
    • 1 429

Roma papasından əlindəki üzüyü öpmək istəyənlərə KOBUD HƏRƏKƏT – VİDEO

“İsa məsihin vəkili olmaq istəmirsənsə o zaman buradan get”

Roma papasının etdiyi hərəkət müzakirələrə səbəb olub.  News24.az “Reuters”-ə istinadən xəbər verir ki, ötən gün papa Fransisk Loretoda yerləşən kotolik kilsəni ziyarət edib.

Qəribə hadisə papanı görməyə gələn ziyarətçilərin onun əlindəki üzüyü öpmək istədiyi zaman baş verib. Fransisk dəfələrlə üzüyü öpməyə cəhd edənlərin arzunu ürəyində qoyub.  O, hər dəfə əlini geriyə çəkib.

Sözügedən görüntülər dünya mətbuatında sürətlə yayımlanıb: “Fransisk, əgər sən İsa məsihin vəkili olmaq istəmirsənsə o zaman buradan get” sözlərini deyiblər.

Papanın yaxın köməkçisi isə onun üzüyünün öpülməsini bəzən xoşladığını, bəzən isə buna nifrət etdiyini açıqlayıb.