Roma papası qadını vurduğuna görə üzr istədi
    • 1-01-2020, 17:14
    • 1 433

Roma papası qadını vurduğuna görə üzr istədi

Roma Papası Fransısk dünən keçirilən Yeni il şənliyində qadının əlini vurmasına görə üzr istəyib.

News24.az “Ria. ru”ya istinadən xəbər verir ki, pantifik Yeni il münasibəti ilə Vatikanda, Müqəddəs Pyotr meydanında toplaşan dindarlara müraciət edərək üzr istəyib: "Səbir, bu sevgidir. Bəzən biz səbri itiririk, dünən mənim kimi. Və bu gün mən dünənki pis nümunə üçün üzr istəyirəm".

Qeyd edək ki, hadisə Romada Müqəddəs Pyotr meydanında möminlərlə görüş zamanı baş verib.  Pontifik yeni ili qeyd edən kütlənin yanından keçərkən qadın maneənin arxasından onun əlindən tutmağa çalışıb. Papa kobud şəkildə digər əli ilə qadını itələyib və əlindən möhkəm vurub.