-
- 23-10-2023, 14:02
- 210
İsrail ordusu səhvən vurduqlarını ETİRAF ETDİ
İsrail ordusu Misir sərhəd nəzarət qülləsinin səhvən vurulduğunu açıqlayıb.
News24.az xəbər verir ki, bu barədə "NTV HABER" məlumat yayıb.
Misir Ordusunun sözçüsü polkovnik Qarip Əbdülhafez hadisə ilə bağlı yazılı açıqlama verib.
"Qəzza zolağında davam edən qarşıdurmalar zamanı, sərhədin əks xəttində İsrail tankından təsadüfən atılan top mərmisi parçaları Misir sərhəd nəzarət qüllələrindən birinə dəyib”
“Hadisə ilə bağlı araşdırmalar davam edir”- deyə, o açıqlamasını sonlandırıb.
Ülkər Abdurahmanlı