-
- 23-10-2023, 14:01
- 290
Müharibə görüntüləri bu xəstəliyi yaradır
Prof. Dr. Ahmet Levent Mete müharibə görüntüləri ilə bağlı xəbərdarlıq edib.
News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.
İsrail və HƏMAS arasındakı müharibənin ağrılı görüntüləri psixi sağlamlığımızı pisləşdirir. Bəs biz özümüzü və övladlarımızı bu vəziyyətdən necə qoruya bilərik?
Psixi Sağlamlıq və Xəstəliklər Mütəxəssisi Prof. Dr. Ahmet Levent Mete İsrailin Qəzzaya hücumunun görüntülərinin həm uşaqlarda, həm də böyüklərdə ciddi problem yarada biləcəyini diqqətə çatdırıb.
Şəkillərin uşaqlara təsirini qiymətləndirən Prof. Dr. Mete sözlərini belə davam etdirib:
“Uşaqların bu görüntüləri görməsinin qarşısını almaq üçün səy göstərilməlidir. Bu görüntüləri görən uşaq özünün və yaxınlarının ölüm və ya yaralanma təhlükəsi altında olduğunu düşünə bilər.
Bu zaman həmin uşaqlara hər şeyin yaxşılaşacağı hissini aşılamaq lazımdır.
Valideynlər narahatlıq, təşviş, nifrət və qəzəb içindədirsə uşaqlar da bundan mənfi təsirlənə bilərlər. Soyuqqanlı, mötədil və vəziyyətlərə mülayim şəkildə yanaşa bilən bir yetkin uşağa necə davranacağına dair nümunə ola bilər. Həmin görüntülərdən təsirlənən uşaqlar kabuslar görə, ağlaya və ya ümidsiz ola bilər”.
“Əgər vəziyyətin nəzarətimizdən çıxmağa başladığını hiss etsək, o zaman peşəkar kömək axtarmalıyıq”- deyə, mütəxəssis fikirlərini sonlandırıb.
Ülkər Abdurahmanlı