-
- 19-10-2023, 15:10
- 251
Türkiyədə COVID-19 sürətlə yayılır - KRİTİK AÇIQLAMA
Prof. Dr. Alper Şener Covid-19-un Omicron variantının alt törəməsi olan Eris haqqında açıqlamalar verib.
News24.az xəbər verir ki, bu barədə "Haberglobal" məlumat yayıb.
Prof. Dr. Alper Şener bildirib ki, Covid-19 bu qış Türkiyədə respirator virus infeksiyaları arasında ən çox yayılandır.
"Ancaq bu, 2-3 il əvvəl yaşadığımız kimi ciddi artım olacağı anlamına gəlmir. Ən azından bizim üçün belə bir şey gündəmdə görünmür. Xüsusilə yaşlı əhalinin çox olduğu İngiltərədə, ABŞ və Fransa kimi ölkələrdə xəstəxanaya və reanimasiyaya qəbul nisbətlərində ciddi artım var. Lakin eyni hal Türkiyədə baş verməyəcək.
Prof. Dr. Şener, Covid-19-un hazırda dominant olmadığını diqqətə çatdırıb.
Ülkər Abdurahmanlı