Bakıda keçmiş universitet rektoru vəfat etdi
    • 30-07-2022, 11:57
    • 586

Bakıda keçmiş universitet rektoru vəfat etdi

Azərbaycan Kooperasiya Universitetinin keçmiş rektoru Gəncəli Gənciyev vəfat edib.

News24.az-ın məlumatına görə, 1994-cü ilədək Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda şöbə müdiri, 1994-1995-ci illərdə Azərbaycan Kooperasiya Universitetində rektor vəzifələrini tutmuş, tanınmış alim 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, iqtisad elmləri doktoru, professor G.Gənciyev 25 ildən artıq idi ki, Universitetin Dünya iqtisadiyyatı kafedrasına rəhbərlik edirdi.

Allah rəhmət eləsin!