-
- 27-03-2019, 17:58
- 1 942
“Diqlas” rəsmisi Araz Rəhimov: “Diqlas”ın 25 milyonluq qiyməti var...”
“Əl-ələ verib nisyə də olsa mallar gətirib satarıq”
“Diqlas”da zərərçəkən sahibkarlar ticarət mərkəzinin idarəedicilərdən biri olan Araz Rəhimovla görüşüblər. News24.az xəbər verir ki, görüşdə Araz Rəhimov bildirib ki, onu və digər idarəedici Rasimi tutsalar kimsə onlara pul verməyəcək: “Axşam ticarət mərkəzinin əsas sahibkarları ilə görüşəcəyəm. “Diqlas”ın təməli qoyulandan burdayam. Bura mənim övladım kimidir. Mərkəzin bu vəziyyətini görəndə ürəyim ağrayır. İndi hadisəyə görə, kimisə günahkar çıxarmaq, məni və Rasimi tutmaq heç nəyi dəyişməyəcək. Bununla məsələ öz həllini tapmayacaq. Hazırda bir-birimizə dəstək olmalıyıq. Xaricə əməliyyata getmişdim. Təcili olaraq hadisəni eşidib hava limanından birbaşa buraya gəlmişəm. Sahibkarla görüşüb məsələni həll etməyə çalışacağıq. Çünki heç kəsin sığortası yoxdur. Sizin mallarınız yanıbsa, mənim də evim yanıb. Buranın iyirmi beş milyonluq qiyməti var. Sizin də yetərincə miqdarda mallarınız yanıb. Lazımdır ki, sahibkarla görüşüb buranı təmir edək. Sizlərdə pulsuz olaraq bir necə müddət fəaliyyətinizi davam etdirin. Əl-ələ verib nisyə də olsa mallar gətirib satarıq”.
Sahibkarlar Araz Rəhimovun bu təklifi ilə razılaşmayıblar. Araz Rəhimov mərkəzi sığorta etdirmədikləri üçün onlara pul verilməyəciyini deyib: “Günahkar mən yox, buranın sahibkarlarıdır. Mən yalnız buranın yarısını idarə edirəm. Sizlərdən biriyəm. Mən, Rasim tutulsa, sizlərə kim pul verəcək? Əl-ələ verib bu çətin vəziyyətdən çıxaq. Gedib əsas sahibkarla görüşüm görüm onların fikirləri nədir. Sabah sizə məlumat verəcəyəm”.
Zərərçəkənlər Araz Rəhimovun heç bir fikri və təklifi ilə razılaşmayaraq sabah Prezident Aparatının qarşısında yığışacaqlarını qeyd ediblər.
Sevinc YASİNQIZI