Tamamilə sökülən “Diqlas”ın yerindən SON VƏZİYYƏT - FOTO
    • 4-11-2019, 12:27
    • 1 048

Tamamilə sökülən “Diqlas”ın yerindən SON VƏZİYYƏT - FOTO

Bu ilin mart ayında tamamilə yanan "Diqlas" Ticarət Mərkəzinin yerində yeni binanın tikintisinə hazırlıq gedir.

News24.az-ın məlumatına görə, Nizami rayonu Qara Qarayev prospektində sökülən yanmış ticarət obyektinin yerində yeni ticarət mərkəzinin tikiləcəyi bildirilir. Ərazidən çəkilən son görüntünü təqdim edirik.

Qeyd edək ki, "Diqlas" Ticarət Mərkəzinin sökülməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən rəy verilib. Bundan sonra yanmış obyekt tamamilə sökülüb.

Xatırladaq ki, martın 26-da Nizami rayonunda yerləşən "Diqlas" Ticarət Mərkəzində yanğın olub. Mütəxəssislər tərəfindən verilmiş rəyə görə, ticarət mərkəzinin binasının təməli zədələnib, dəmir konstruksiya deformasiyaya uğrayıb.

Yanğın zamanı 400-dən çox sahibkara maddi zərər dəyib.