"Diqlas" tamamilə SÖKÜLDÜ - FOTO
    • 31-07-2019, 10:59
    • 1 609

"Diqlas" tamamilə SÖKÜLDÜ - FOTO

“Diqlas” ticarət mərkəzinin söküntüsü başa çatıb. 

News24.az APA-ya istinadən xəbər verir ki, ərazidə təmizlik işləri aparılır. 

Qeyd edək ki, bu il martın 26-da paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli “Diqlas” ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı vəfat edən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib. Yanğında 2 hektar ərazisi olan ticarət mərkəzi tamamilə yanıb.